Modern.az

Şagirdləri qalib olan məktəbdə internet niyə yoxdur?

Şagirdləri qalib olan məktəbdə internet niyə yoxdur?

Təhsil

22 Dekabr 2022, 14:24

Astara rayonunun Deqədi kənd ümumi orta məktəbinin 2019-cu ildən 4g qoşulma ilə Azərbaycan Təhsil Şəbəkəsinə çıxışı var.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən məktəbdə internetin kəsilməsilə bağlı məlumatlara cavab olaraq bildirilib.

 

"Məktəbdə son 10 gün müddətində elektrik xətlərinin dəyişdirilməsi səbəbindən internetdə fasilələr yaranıb. Təhsil müəssisəsi təmir olunan müddətdə kompüter otağı da təmir üçün bağlanıb", - məlumatda qeyd olunub.

 

Xatırladaq ki, Astara rayonunun Deqədi kənd ümumi orta məktəbinin komandası bu günlərdə başa çatan STEAM Azerbaycan festivalında “EduDrone” kateqoriyası üzrə qızıl medal qazanıb. 8 ölkədən olan komandaların iştirak etdiyi beynəlxalq bilik yarışında məktəbin 7-ci sinif şagirdləri Murad İsayev və Nuran Hacızadə informatika müəllimi Nemət Tarverdiyevin rəhbərliyi ilə “Sparrow” adı altında çıxış ediblər. Qeyd olunan ucqar dağ kəndinin internetə, mobil cihazlara geniş əlçatanlığı olmayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok