Azərbaycanda ali təhsilin 30 ilinə baxsaq, görərik ki, ilk illərdə çox ciddi muxtariyyət olub. O dövrdə kim istəsə, ali təhsil müəssisəsi aça bilib.
Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmədə deyib.
Nazir bildirib ki, bunun əsas səbəbi qanunvericiliyin olmaması idi: “Çünki bununla bağlı qanunvericilik yox idi. Daha sonra təhsil sahəsində muxtariyyət daralmağa başlayıb”.