Modern.az

Gənc alimə ev yox, yaxşı maaş vermək lazımdır - Nazirdən TƏKLİF

Gənc alimə ev yox, yaxşı maaş vermək lazımdır - Nazirdən TƏKLİF

29 Fevral 2024, 12:14

Gənc alimlərə ev verməkdənsə, onlara elə maaş vermək lazımdır ki, evi özləri ala bilsinlər.

 

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib.

 

Nazir gənclərə səlahiyyət verməyin daha önəmli olduğunu vurğulayıb.

 

"Bizim məzunlarımız xaricdə təhsil alıb ölkəyə qayıtmağa başlayıblar. Amma geri qayıdıb nə edəcəklər? Onları geri qaytarıb onlara hansısa texniki işi gördürəcəyiksə, bu lazım deyil, onlara müvafiq işlər verilməlidir. Onları ön sıralara çəkməliyik və bundan qorxmamalıyıq", - Emin Əmrullayev qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir