Modern.az

Orta ixtisas təhsili: Bakıda 20, regionlarda 35 kollec - SİYAHI

Orta ixtisas təhsili: Bakıda 20, regionlarda 35 kollec - SİYAHI

Təhsil

12 Mart 2024, 14:23

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən orta ixtisas təhsili müəssisələrində mütəmadi olaraq monitorinqlər aparılır. Artıq bir sıra kolleclərdə nöqsanlar aşkarlanıb, təhsil müəssisələrinin vəzifəli şəxsləri işdən çıxarılıb.

 

Agentlik bildirib ki, kolleclərin kadr potensialının möhkəmləndirilməsi, tədris prosesinin təşkilinin yaxşılaşdırılması istiqamətində Agentlik tərəfindən görülən tədbirlər davam edəcəkdir.

 

Qeyd edək ki, kolleclər orta ixtisas təhsil müəssisələri hesab edilir. Orta ixtisas təhsili cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında ayrı-ayrı fəaliyyət sahələri üçün müxtəlif ixtisaslar üzrə orta ixtisas təhsilli mütəxəssis hazırlığını təmin edir.

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən orta ixtisas təhsil müəssisələri araşdırıb.

 

Hazırda Azərbaycanda 55 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Bunlardan 35-i Elm və Təhsil Nazirliyinin, 16-sı digər dövlət qurumlarının tabeliyində fəaliyyət göstərir, 4 müəssisə isə özəldir. 

 

Ölkə üzrə orta ixtisas təhsil müəssisələrində 6 mindən çox müəllim fəaliyyət göstərir, 62 mindən çox tələbə təhsil alır.

 

Qeyd edək ki, orta ixtisas təhsil müəssisələrinin 35-i regionda, 20-si isə paytaxt Bakıda yerləşir.

 

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən orta ixtisas təhsil müəssisələri aşağıdakılardır:

 

1. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci
2. Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci    
3. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci    
4. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci
5. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
6. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci
7. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci
8. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kolleci
9. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci
10. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec
11. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec    
12. Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec
13. Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci    
14. Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci
15. Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci
16. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec   
17. Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec
18. Şəki Dövlət Regional Kolleci
19. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci
20. Ağdaş Dövlət Humanitar Kolleci
21. Ağdam Musiqi Kolleci
22. Ağdam Dövlət Sosial-İqtisadi Kolleci
23. Şamaxı Dövlət Regional Kolleci
24. Şuşa Humanitar Kolleci
25. Astara Pedaqoji Kolleci
26. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci
27. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci
28. Qazax Dövlət Sosial-İqtisadi Kolleci
29. Tovuz Dövlət Sosial-İqtisadi Kolleci
30. Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci
31. Quba Dövlət Sosial-İqtisadi Kolleci    
32. Sabirabad Dövlət Sosial-İqtisadi Kolleci
33. Ağcabədi Pedaqoji Kolleci
34. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci
35. Masallı Dövlət Regional Kolleci

 

Odlar Yurdu Universiteti nəzdində fəliyyət göstərən Odlar Yurdu Kolleci, Bakı Avrasiya Kolleci, Bakı Biznes və Kooperasiya Kolleci, Qərbi Kaspi Universitetinin Kolleci isə özəl orta ixtisas təhsil müəsissəsi hesab edilir.

 

Digər nazirlik və qurumların tabeliyində olan orta ixtisas təhsil müəssisələri aşağıdakılardır:

1. Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci
2. Mingəçevir Turizm Kolleci
3. 1 nömrəli  Bakı Tibb Kolleci
4. 2 nömrəli Bakı Baza Tibb Kolleci
5. Sumqayıt Tibb Kolleci
6. Gəncə Tibb Kolleci
7. Mingəçevir Tibb Kolleci
8. Saatlı Tibb Kolleci
9. Şəki Tibb Kolleci
10. Lənkəran Tibb Kolleci
11. Cəlilabad Tibb Kolleci

12. Quba Tibb Kolleci
13. Naxçıvan Tibb Kolleci
14. Naxçıvan Dövlət Texniki Kolleci 
1
5. Naxçıvan Musiqi Kolleci    
16. Bakı Xareoqrafiya Akademiyasının Kolleci

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir