Modern.az

Türkiyə-Azərbaycan Universitetinin binası regionda tikilsin! - Deputatdan TƏKLİF

Türkiyə-Azərbaycan Universitetinin binası regionda tikilsin! - Deputatdan TƏKLİF

Təhsil

5 Aprel 2024, 11:27

“Azərbaycana bu gün daha çox texniki və informasiya texnologiyaları ilə əlaqədar universitetin yaradılamsına daha çox ehtiyac var. Biz Türkiyə-Azərbaycan Universitetinin yaradılması nəzərdə tutulur, hansı ki, həmin universitetin binasının da Bakıda tikilməsi planlaşdırılır. Təklif edirəm ki, bu bina Bakıda yox regionda tikilsin”. 


Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib. 


“Ümumiyyətlə təhsil ocaqlarını yavaş-yavaş regionlara yaymaq lazımdır. Hesab edirəm ki, biz bu universiteti yaradarkən qardaş ölkə ilə universitet yaradılması xatirinə olmamalıdır. Təklif edirəm ki, həmin təhsil ocağı Türkiyə-Azərbaycan Texniki Universiteti olsun. Sentyabrda dərslər başlayacaq, amma bina məsələsi hələ həllini tapmayıb. 


Eyni zamanda Qarabağ Universitetinin necə olacağı hələ bəlli deyil. Ənənəvi universitet formalaşdıracağıqsa, bu, Qarabağın adına layiq olmayacaq. Ona görə də bu məsələ üzərində işlənməli və həll yolu tapılmalıdır. Daha peşəkar və prestijli universitetlər yaratmaqla Azərbaycan təhsilinin gələcəyinə töhfə verə bilərik”,- deyə deputat qeyd edib.

 

Qeyd edək ki, fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Mərasimdə “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” da imzalanıb. Sənədi Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir