Modern.az

Yerdəyişmə istəyən müəllimlərin ən çox verdiyi suallara cavab AÇIQLANDI

Yerdəyişmə istəyən müəllimlərin ən çox verdiyi suallara cavab AÇIQLANDI

Təhsil

6 Aprel 2024, 16:30

Xəbər verildiyi kimi, aprelin 2-dən dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna başlanıb.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. 

Qeydiyyat 2 aprel saat 11:00-dan 8 aprel saat 11:00-dək davam edəcək.

Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Təhsil İnstitutu müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə dair ən çox verilən suallara aydınlıq gətirib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər hər il yeni şəxsi səhifə yaratmalıdır, ötənilki şəxsi səhifədən istifadə mümkün deyil.

Sertifikasiya prosesinin test və müsahibə mərhələsində uğur qazanmış müəllimlər test imtahanının nəticəsi ilə bu müsabiqədə iştirak edə bilərlər.

Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesində iştirak edərək uğur qazanmayan təhsilverənlər öz iş yerlərində fəaliyyətini davam etdirəcəklər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir