Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyaya səfərə yola düşüb. Dövlət başçısını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıb.