Kambocada Baş nazir Hun Sey və bəzi nazirlər “donuz qripi”nə yoluxub. Kamboca Səhiyyə Nazirliyi 59 yaşındakı Hun Seyin keçən cümə günü həftəlik kabinə toplantısından sonra təcili yardıma alındığını və vəziyətinin yaxşı olduğunu bildirib. Baş nazirin xəstəliyi ilə əlaqədar bəzi proqramların ləğv edildiyi də söylənilib. Ancaq ətraflı bilgi verilməyib. Modern.az xarici mətbuata istinadla xəbər verir ki, baş nazir yardımcılarından Yim Cihay Ley və digər iki nəfərin də A(H1N1) virusuna yoluxduğu bildirilib. Ancaq sağlıq durumları ilə əlaqədar geniş məlunat verilməyib.
Qeyd edək ki, Kambocada “donuz qripi”nin təsbit edildiyi ilk vaxtdan bu günə qədər 6 nəfər bu xəstəlikdən dünyasını dəyişib. 600 yaxın insan isə virusa yoluxub. Modern.az