Modern.az

Prokuror Xalid Mədətova 12 il iş istədi

Prokuror Xalid Mədətova 12 il iş istədi

4 Sentyabr 2014, 16:03


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ölümünə səbəb olan Xalid Mədətovun növbəti məhkəməsi olub.

Modern.az saytı xəbər verir ki, məhkəmə prosesində dövlət ittihamçısı Ramazan Hadıyev Xalid Mədətova 12 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Növbəti məhkəmə prosesi sentyabrın 11-nə təyin edilib. Qeyd edək ki, martın 15-də gecə saatlarında Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və daha bir azyaşlı nəvəsi isə ölüb.  

Qəzanın səbəbkarı isə “Mercedes-Benz G-55” avtomobilinin sürücüsü, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov olub.   Hadisədən sonra prezidentin sərəncamı ilə Mübariz Mədətov vəzifəsindən kənarlaşdırılmışdı.

Modern.az  

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok