Modern.az

Rektor: “Magistrlərə möhlət hüququ verilməlidir”

Rektor: “Magistrlərə möhlət hüququ verilməlidir”

20 Noyabr 2014, 13:31

Modern.az xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bir neçə təkliflə çıxış edərək elmi dərəcələrə görə əmək haqlarının müəyyən edilməsinin vacibliyini bildirib:

““Elm haqqında” qanun təcili qəbul olunmalıdır. Magistraturaya qəbul olan tələbələrə həqiqi hərbi xidmətdən möhlət hüququ verilməlidir”.

Rektor qeyd edib ki, təhsil sahəsində himayədarlar şurası da yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var.

Aqşin Kərimov 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok