Modern.az

Bakıda 150 ölkə şirkətlərinin iştirakı ilə beynəlxalq sərgi keçiriləcək

Bakıda 150 ölkə şirkətlərinin iştirakı ilə beynəlxalq sərgi keçiriləcək

11 Mart 2015, 15:43


Bu gün “Four Seasons Hotel”də beynəlxalq çiçəkçilik, peyzaj və şəhərsalma sərgisi ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə “Atılım Fuarcılık” və “ElanExpo”nun əməkdaşlığı ilə təşkil ediləcək sərgi haqqında məlumat verilib.

AfuExpo, Azeryolservis, Azpromo, Bakı Yaşıllaşdırma İdarəsi, Bakı Abadlıq, Botanika Bağı, Azərbaycan iş adamları dərnəklərinin dəstək verdiyi sərgidə 150 ölkə şirkətlərinin iştirak edəcəyi bildirilib.

Azərbaycan Bakı Abadlıq, By Art, Kafurpas, Green Life, Türkiyə Hidromak, Güneri Makine, İtalya Arcangeli, Piante Faro, İnnocenti &Mangoni, Belçika Arbor, Vandeputte, Almaniya Pflanzenhandel lappen, Bruns, Hollandiya Fides &Greneth, İspaniya Ornamental Valencia, Kolumbiya Matina Flowers kimi şirkətlərlə təmsil olunacaq.  Sərgi 12 müxtəlif ölkənin iştirakçıları ilə martın 12-14-də “Baku Expo Center”də təqdim ediləcək.
 
Şahin Qocayev  

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir