Modern.az

Quranı yandırmaq istəyi keşişə baha başa gəldi....

Quranı yandırmaq istəyi keşişə baha başa gəldi....

20 Sentyabr 2010, 18:38

Müqəddəs kitabımız olan “Qurani-Kərim”i yandırmaq hədəsi ilə özünə “Herostrat şöhrəti” qazanmaq istəyən başabəla keşiş ABŞ polisinin sürpriz qərarı ilə qarşılaşıb. Modern.az “strana.ru” saytına istinadən bildirir ki, bu sərsəm keşişə onun təhlükəsizliyini həyata keçirmək xahişi baha başa gəlib. Yerli polis 130 min dollarlıq çeki ona təqdim edib. Keşişin təhlükəsizliyini qorumaq xahişi ona məhz bu məbləğə başa gəlib.

Yerli polis pastorun və onun rəhbərlik etdiyi kilsənin təhlükəsizliyinin təmin etmək üçün  75 min dollar xərcləməli olub.  Bu qədər də vəsait bütün şəxsi heyəti növbəyə çıxarmaq üçün sərf edilib.  200-ə qədər polis gecə-gündüz Floridada yerləşən kilsənin mühafizəsini həyata keçirib. Bu mühafizə hətta sərsəm keşiş qərarını təxirə saldığını elan etsə də, götürülməyib.

Polisin haqq-hesab çekindən şoka düşmüş 58 yaşlı keşiş bəyan edib ki, bir qəpik də pul ödəmək fikrində deyil. “Biz belə olacağını bilsəydik polisin xidmətindən imtina edərdik”-deyə keşiş bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok