Bu gün Azərbaycan Premyer Liqasında 34-cü turun oyunlarına yekun vurulub. Turnirin lideri “Qarabağ" öz meydanda “Sumqayıt”ı qəbul edib. Bu oyunda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib. Bununla da Qurban Qurbanovun komandası son iki turun nəticəsində asılı olmayaraq çempionluğu təmin edib. "Qarabağ" daldabal ikinci, ümumilikdə isə üçüncü dəfə Azərbaycan çempionu olub.
AZAL - “Xəzər Lənkəran” oyununda meydan sahiblərinin minimal hesablı qələbə qazanıb - 1:0.
“İnter” - “Qəbələ” oyununda isə qalib müəyyənləşməyib - 1:1.
Modern.az