Türkiyə hökuməti Ermənistanla münasibətlərin yaxşılışdırılması və sərhədlərin açılmasına dair ötən həftə imzalanan protokolları təsdiq olunması üçün parlamentə göndərməyə hazırlaşır.
"CNN Türk"ün məlumatına görə, Türkiyənin Dövlət Naziri və hökumətin sözçüsü Cəmil Çiçək deyib ki, sənədlər gələn həftə - oktyabrın 21-də parlamentə göndəriləcək. Amma j, Böyük Millət Məclisinin protokolları nə vaxt səsverməyə çıxaracağı barədə açıqlama verməyib.
Protokolların imzalanmasından bir gün sonra- oktyabrın 11-də Türkiyə Baş naziri R.T.Ərdoğan partiyasının toplantısında demişdi ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmayınca protokolların təsdiqlənməsi mümkün deyil.