Bu il Qurban bayramı noyabrın 16-17-də qeyd ediləcək. Bununla bağlı azərbaycanlı zəvvarlar bu gündən başlayaraq Həcc ziyarətinə yola düçəcəklər. Məlumat Qafqaz Müsəlmanları İdarəsindən verilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib ki, noyabrın 2 və 3-də sərnişin avtobuslardan təşkil olunan dəstə hər il olduğu kimi Azadlıq Meydanından yola düşəcək: “Bütün karvanda 46 avtobus olacaq. Təyyarəddən istifadə eəcək zəvvarlar isə bu ayın 2, 3, 4 və 5-də yola düşəcəklər. Səfər hər gün bir reyslə həyata keçiriləcək”.
Zəvvarların neçə faizinin təyyarə, neçə faizinin avtobusla gedəcəyinə gəlincə, R.Dadaşova 2000 zəvvardan 1200 nəfərinin avtobus, 800 nəfərinin isə təyyarə ilə Həccə gedəcəyini qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi Həcc ziyarəti üçün ayrılmış kvotanın tam dolduğunu söyləyib.