Modern.az

Gəncədə göldə batan uşaq xilas edilib

Gəncədə göldə batan uşaq xilas edilib

Aktual

8 Aprel 2018, 15:04

Gəncədə göldə batan uşaq xilas edilib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Heydər Əliyev park kompleksində yerləşən süni göldə baş verib.

 

Gölün kənarında oynayan 2010-cu il təvəllüdlü Səttarov Həsən Elvin oğlu ehtiyatsızlıq nəticəsində suya düşüb. Ərazidə olan polis əməkdaşları uşağı sudan çıxararaq xəstəxanaya çatdırıblar.

 

 

Tibbi yardım nəticəsində H. Səttarovun həyatını xilas etmək mümkün olub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı