“Qarabağ” “Olimpiya” oyunu yekunlaşıb. Modern.az xəbər verir ki, oyun heç-heçə yekunlaşıb.
Buna baxmayaraq səfərdə qazanılan qələbə “Qarabağ”ın növbəti mərhələyə vəsiqəsini təmin edib.
Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.
“Qarabağ” növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.
21:51
“Qarabağ” “Olimpiya” oyununda ilk hissə yekunlaşıb. İlk hissədə “Qarabağ” komandası daha üstün oyun nümayiş etdirsə də, qapılara qol vurulmayıb.
21:00
Futbol üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” komandası cavab oyununa çıxıb. Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada “Qarabağ” Sloveniyanın “Olimpiya” komandasını qəbul edib.
Komandalar meydana bu heyətlə çıxıb.
“Qarabağ”:
Vaqner, Bədavi Hüseynov, Yakub Jezniçak, Maksim Medvedev, Donald Gerye, Coşğun Diniyev, Simeon Slavçev, Miçel, Abdella Zubir, Dani Kintana, Mahir Mədətov.
“Olimpiya”:
Alyaj İvaçiç, Maki Banyak, Marko Qaiç, Aris Zarifoviç, Dino Ştiqlets, Marko Putinçanin, Rok Kronaveter, Ştefan Saviç, Kinqsli Boatenq, Tomislav Tomiç, Daniel Avramovski.
Matçı İsraildən olan hakimlər briqadası idarə edir. Qarşılaşmanın baş hakimi Erez Papirdir. Ona həmyerliləri David Elias Biton və Eliyahu Casapu kömək edirlər. Dördüncü hakim funksiyasını David Fuxman yerinə yetirir.
Matçın UEFA nümayəndəsi Robert Kispal (Macarıstan), hakim-inspektoru isə Sokol Jarecidir (Albaniya).
Qeyd edək ki, komandalar arasında keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.
“Qarabağ” mərhələ adlayacağı təqdirdə növbəti turda Albaniya çempionu “Kukesi” ilə qarşılaşacaq. “Kukesi” iki oyunun nəticəsinə görə, Maltanın “Valetta” komandasından üstün olub.