Modern.az

İsraildə “Eurovision” ləğv edilə bilər

İsraildə “Eurovision” ləğv edilə bilər

Aktual

26 İyul 2018, 18:31

İsrailin “Kan” teleradio korporasiyası xəbərdarlıq edib ki, əgər 5 gün ərzində tədbirin avropalı kuratorlarının hesabına girov məbləği kimi 14 milyon dollar köçürülməsə, İsrail 2019-cu ildə “Eurovision” mahnı yarışını keçirmə hüququnu itirə bilər.

 

Oxu.az xəbər verir ki, “Kan” rəhbərliyi bununla bağlı İsrailin baş naziri Binyamin Netanyahuya, eləcə də maliyyə və kommunikasiya nazirlərinə məktub göndərib.

 

Bundan əvvəl, Netanyahu xəbərdarlıq edib ki, göstərilən məbləği tədbir təşkilatçılarına ödəməyəcək.

Ümumilikdə “Eurovision” İsrailə 40 milyon dollara başa gələcək. Hökumətin fikrincə, “Kan” bu tədbirin keçirilməsi üçün məbləği illik yayım büdcəsindən xərcləməlidir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı