Modern.az

“Qarabağ”dan möhtəşəm qələbə: 3:0 - YENİLƏNİB

“Qarabağ”dan möhtəşəm qələbə: 3:0 - YENİLƏNİB

Aktual

1 Avqust 2018, 22:51

“Qarabağ” – “Kukesi” oyunu yekunlaşdı. Oyunun 89-cu dəqiqəsində "Qarabağ" hesabı 3:0 edib. Bu dəfə daha bir yeni transfer Con Delarj ilk matçında fərqlənməyi bacarıb. Bununla da Albaniyanın “Kukesi” komandasını 3:0 hesabı ilə məğlub edən "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibi Belarusun BATE komandası olacaq.

 

22:15

 

“Qarabağ” – “Kukesi” oyununun ikinci hissəsində komandamız daha iki dəfə penaltı qazanıb. Modern.az xəbər verir ki, oyunun  52-ci dəqiqədə rəqib komandanın oyunçusu Albi Alla Vaqner Da Silva ilə mübarizədə əllə oynayıb. Hakim “Kukesi”nin oyunçusuna qırmızı vərəqə verərək meydandan qovub. Penaltini Vaqner yerinə yetirsə də,  qapını dəqiq nişan ala bilməyib.

 

Bundan iki dəqiqə sonra Vaqner Da Silva “Qarabağ”a üçüncü penaltini qazanıb. Bu dəfə penaltini dəqiq yerinə yetirən Dani Kintana özünün və komandasının 2-ci qolunu vurub: 2:0

 

21:27

 

“Qarabağ” – “Kukesi” oyununda hesab açıldı. Komandamızın növbəti hücumu zamanı rəqib komandanın qapıçısı cərimə meydançasında kobud oynayıb. Hakim isə bu kobudluğu penalti ilə qiymətləndirib. Dani Kintana penaltini dəqiq yerinə yetirərək "Qarabağ"ı hesabda önə çıxarıb: 1:0

 

20:24

 

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində saat 21:00-da başlayacaq “Qarabağ” – “Kukesi” oyunu üçün heyətlər açıqlanıb. Modern.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

 

"Qarabağ": 13. Vaqner Da Silva, 2. Qara Qarayev,  5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 55. Bədavi Hüseynov, 77. Donald Gerrye

 

Ehtiyat oyunçular:1. Hannes Halldorsson, 25.Ansi Aqolli, 28.Con Delarj, 91.Coşqun Diniyev, 11.Mahir Mədətov, 19.Filip Ozobiç, 52.Yakub Jezniçak

 

"Kukesi": 77. Stivi Fraşeri, 4. Yuli Şameti (k), 6. Alba Ala, 7.Arber Çyurbiya, 9. Sebino Plaku,  15. Haralamb Çaçi, 20. Simo Rumbulaku, 23. Besar Musoli, 24. Edis Maliki, 26. Vilyam Kordeyru Melu,  33. İrakli Dzariya

 

Ehtiyat oyunçular: 1.Başa, 28.Harba, 5.Hoxha, 90.Reginaldo, 10.Şkodra, 99.Spehar, 8.Zquro

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı