Modern.az

Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub

Umayra Tağıyeva yeni vəzifəyə təyin olunub

Aktual

2 Avqust 2018, 11:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub.

Modern.az "Report"a istinadən xəbər verir ki, Umayra Tağıyeva Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

U.Tağıyeva 2018-ci ilin may ayından etibarən həmin şöbənin ictimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri vəzifəsində çalışırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı