Modern.az

“Yol polisi qəza törədən sürücünü təqib etməyib” - DİN rəsmisindən AÇIQLAMA  

“Yol polisi qəza törədən sürücünü təqib etməyib” - DİN rəsmisindən AÇIQLAMA   

Aktual

2 Avqust 2018, 15:03

“İyul ayının 25-də Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi barəsində bəzi xəbər saytlarında yerləşdirilmiş yazılarda hadisə təhrif olunmuş formada təqdim edilmiş, nəticədə polis əməkdaşları  barədə əsassız və qərəzli məlumatlar yayılmışdır”.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli bildirib:

        
“Bildirirəm ki, həmin gün Şirvan Şəhər Polis Şöbəsi Yol Patrul Xidməti bölməsinin əməkdaşları rayonun Hacıqəhrəmanlı qəsəbəsi ərazisində xidməti vəzifələrini yerinə yetirərkən arxadan yüksək sürətlə hərəkət edən “Mersedes” markalı 99-GG-921 dövlət qeydiyyat nömrə nişanlı avtomobil YPX maşınının sağından ötmə əməliyyatı apararaq yolun kənarına çıxmış və nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırmışdır. Yəni,  YPX-nin əməkdaşları avtomobilin sürücüsü Salyan rayon sakini Fikrət Ağarzayevi təqib etməmişdir.  Məsələ ilə əlaqədar olaraq dərhal  Şirvan ŞPŞ YPX bölməsinin əməkdaşları hadisə yerinə gələrək, qəza nəticəsində xəsarət alan sürücü və sərnişinlərə köməklik göstərib, onları  xəstəxanaya çatdırıblar.

Daha sonra sürücü Fikrət Ağarzayev Şirvan Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən alkotester müayinəsindən keçirilmiş və onun orta dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. Araşdırmalar zamanı F.Ağarzayev öz  izahatında avtomobili sərxoş vəziyyətdə idarə etdiyini  səmimi etiraf etmişdir.

Hazırda faktla əlaqədar Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - polis leytenantı bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı