Fevralın 25-də Bakıda itkin düşən 1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı tapılıb.
Modern.az xəbər verir ki, bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, qadın ailəsinə təhvil verilib.
Qeyd edək ki, Sabunçu rayon, Ramanı qəsəbəsi, M.Ə.Sabir küçəsi, dalan 2, ev 18-də yaşayan, ruhi xəstəliyi olan, 1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı fevralın 25-də səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb. Qadını sonuncu dəfə evlərinin yaxınlığında olan mağazada avtobusa minərək getdiyini görüblər.