Modern.az

Yük gəmisinin batması nəticəsində 13 nəfər itkin düşüb

Yük gəmisinin batması nəticəsində 13 nəfər itkin düşüb

Aktual

29 Fevral 2020, 23:51

Yaponiyanın Aomori prefekturasının sularında Beliz bayrağı ilə üzən “GUOXING-1” yük gəmisi balıqçı gəmisi ilə toqquşaraq batıb.

Modern.az  "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Kiodo xəbər agentliyi məlumat yayıb.

Sahil mühafizə xidmətinin əməkdaşlarının sözlərinə görə, hadisə yerli vaxtla saat 22.20-də baş verib. Toqquşmadan sonra balıqçı gəmisi limana qayıda bilib. Gəmidə olan 15 ekipaj üzvü xəsarət almayıb.

Yük gəmisindən isə bir nəfər xilas olub, 13 nəfər itkin düşüb. Onların tapılması üçün 4 patrul gəmisi axtarışa göndərilib.

Qeyd edək ki, gəmidəki heyət üzvlərinin hamısı əcnəbilər olub. Onların arasında Çin, Vyetnam və Filippin vətəndaşları da var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı