Modern.az

Bakıda hoteldə turistin başına oyun açdılar

Bakıda hoteldə turistin başına oyun açdılar

Aktual

4 Mart 2020, 09:35

Bakıda hoteldə oğurluq hadisəsi baş verib.

 

Modern.az-ın xəbərinə görə, hadisə fevralın 29-dan martın 1-dək paytaxtın Yasamal rayon ərazisində yerləşən "Pullman" hotelində qeydə alınıb.

 

Belə ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mahalinqam Govrishankar Azərbaycana turist kimi gəlib, hoteldə qalan zaman naməlum şəxs onun otağından 2 400 ABŞ dolları dəyərində qızıl boyunbağısını oğurlayıb.

 

Turist bununla bağlı Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı