Modern.az

Türkiyədə COVİD-19 peyvəndinin son sınağı keçirilir

Türkiyədə COVİD-19 peyvəndinin son sınağı keçirilir

Aktual

10 İyun 2021, 09:00

Türkiyədə COVID-19-a qarşı peyvəndə namizəd olan insanlar üzərində sınaqların son mərhələsi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca koronavirusla mübarizə üzrə Elmi Məsləhət Şurasının virtual iclasından sonra bildirib.

 

Onun sözlərinə görə, gələn həftə Türkiyədə 3-cü faza çərçivəsində insanlar üzərində sınaqlar məqsədilə könüllülər peyvənd olunacaq:

 

"Bir çox peyvənd istehsalı üzrə layihələr həyata keçirilir. Onlardan biri son mərhələyə çatıb".

 

F.Qoca əlavə edib ki, Türkiyə iyunun 10-da koronavirusa qarşı peyvəndləmə kampaniyasının yeni bir mərhələsinə qədəm qoyacaq, bu kampaniya çərçivəsində 45 və yuxarı yaşda olan insanlar peyvənd olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı