Modern.az

Azərbaycan-Lüksemburq matçında erməni təxribatı - FOTO

Azərbaycan-Lüksemburq matçında erməni təxribatı - FOTO

Aktual

4 Sentyabr 2021, 17:57

Sentyabrın 1-də DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində “Stad de Lüksemburq” stadionunda baş tutan Lüksemburq-Azərbaycan oyunu zamanı ermənilər təxribata əl atıb. 

 

Modern.az xəbər verir ki, onlar meydançanın azarkeşlər olan hissəsindən qondarma “Dağlıq Qarabağ respublikası”nın bayrağını asıblar.

 

Bunu görən Azərbaycan millisinin və "Sumqayıt" FK-nın təhlükəsizlik üzrə baş mütəxəssisi Elnur İbişov erməni təxribatının qarşısını alıb, dırnaqarası bayrağı onların əlindən alıb.  

 

Qeyd edək ki, matç Lüksemburqun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı