Modern.az

Azərbaycan tankçıları dördüncü yeri tutdular

Azərbaycan tankçıları dördüncü yeri tutdular

Aktual

4 Sentyabr 2021, 18:40

Azərbaycan tankçıları Beynəlxalq ordu oyunları 2021 çərçivəsində keçirilən "Tank biatlonu" müsabiqəsində 19 ölkə arasında dördüncü yeri qazanıb.

 

Modern.az-ın məlumatına görə, Moskva vilayətinin Alabino poliqonunda keçirilən Tank biatlonu müsabiqəsinin filan mərhələsində tankçılarımız Rusiya, Çin və Qazaxıstan tankçıları ilə mübarizə aparıblar. Tank biatlonun qalibi Rusiya komandası, ikinci yeri Çin, üçüncü yeri Qazaxıstan, dördüncü pillənin sahibi Azərbaycan komandası olub.

 

Qeyd edək ki, Tank biatlonu müsabiqəsinin final mərhələsi ilə Beynəlxalq ordu oyunları 2021-ə yekun vurulub .

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı