Modern.az

Ölkənin vaksinasiya mənzərəsi

Ölkənin vaksinasiya mənzərəsi

Aktual

16 Yanvar 2022, 16:43

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 587 vaksin vurulub.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 387, “buster” doza üzrə isə 18 944 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 11 672 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 328, ikinci mərhələ üzrə 4 714 478 nəfər təşkil edir. Ümumilikdə isə 1 757 277 “buster” doza vurulub.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı