Modern.az

Vətəndaşlardan 25 ədəd sənədsiz tüfəng GÖTÜRÜLÜB

Vətəndaşlardan 25 ədəd sənədsiz tüfəng GÖTÜRÜLÜB

Aktual

25 Yanvar 2022, 09:00

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları 2022-ci ilin yanvar ayı ərzində qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri keçiriblər. Tədbirlər nəticəsində 25 ədəd odlu silah aşkar edilərək götürülüb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı