Modern.az

Qəlyan xidməti göstərən restoranlar aşkarlandı

Qəlyan xidməti göstərən restoranlar aşkarlandı

Aktual

25 Yanvar 2022, 10:22

Xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərən “Mayak” və “Armudluq” restoranlarında xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi aşkarlanıb.

 

Xüsusi karantin rejimi qaydalarının pozulduğu həmin obyektlərin icarədarları barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı