Modern.az

İtaliyalı tədqiqatçıdan Qarabağ haqda məktuba münasibət

İtaliyalı tədqiqatçıdan Qarabağ haqda məktuba münasibət

Aktual

26 Yanvar 2022, 13:12

Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier İtaliyanın “Gente e Territorio” saytında dərc olunan yazısında “Ferruzzi Group” və “Philip Morris” şirkətlərinin keçmiş meneceri Quido Mondinonun Senatın “İrəli İtaliya” partiyasından olan üzvü Urania Papatheuya Qafqaz və Qarabağ məsələlərinə dair göndərdiyi açıq məktuba münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Azərbaycanla bağlı çoxsaylı məqalə və kitabların müəllifi olan Daniel Pommier yazısında qeyd edib:

 

“1923-cü il iyulun 7-də Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması ermənilərin həmin bölgəyə qarşı irredentist iddialarının təməlini qoyub. Hüquqi nöqteyi-nəzərdən qondarma “Dağlıq Qarabağ respublikası”nın separatçı iddiaları və konstitusiyası qeyri-qanunidir, həmçinin beynəlxalq hüquqa, habelə BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrinə ziddir. Təbii ki, Qarabağ münaqişəsində Ermənistan tərəfinin də itkiləri olub. Bunu heç kim inkar etmir, lakin qırğınların, zorakılığın və XX əsrin dəhşətli etnik təmizləməsinin qurbanı olan azərbaycanlıların sayı ermənilərdən qat-qat çoxdur. Azərbaycanlıların və türklərin xristian ermənilərə qarşı müqəddəs müharibə aparacaqları fikrinə gəlincə, bu, 2000-ci illərin əvvəllərində mühafizəkarların “terrorla müharibə” haqqında danışdıqları vaxtdan gələn köhnə arqumentdir. Sözügedən iddia Azərbaycanın Qərb ölkələri səviyyəsində ən dünyəviləşmiş cəmiyyətlərdən biri olduğu faktını nəzərə almayan yanlış arqumentdir. Bu cür qarışıq münaqişələrin “altında yatan” səbəbləri izah edə bilmək üçün məsələyə birtərəfli deyil, hərtərəfli baxmaq lazımdır”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı