Modern.az

Xalq artisti nazir müavini təyin edildi - SƏRƏNCAM

Xalq artisti nazir müavini təyin edildi - SƏRƏNCAM

Aktual

1 Mart 2023, 18:22

Azərbaycan mədəniyyət nazirinə yeni müavin təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Murad Fərid oğlu Hüseynov mədəniyyət nazirinin müavini təyin olunub.

 

M. Hüseynov yeni təyinatadək Beynəlxalq Muğam Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, pianoçu, beynəlxalq müsabiqələr laureatı və Azərbaycanın Xalq artistidir. 2001-ci ildən Bakı Musiqi Akademiyasında müəllim-professor kimi fəaliyyət göstərir.

 

M. Hüseynov Bakı Musiqi Akademiyasının və Paris Ali Musiqi Akademiyasının məzunudur. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı