Modern.az

Avropa İttifaqından Azərbaycanla bağlı müsbət AÇIQLAMA

Avropa İttifaqından Azərbaycanla bağlı müsbət AÇIQLAMA

Current

10 Mart 2023, 20:51

Avropa İttifaqı (Aİ) Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasının bütün hallarda ölüm hökmünü qadağan edən protokolunu imzalamasını təqdir edib.

 

Modern.az xəbər verir ki, bunu təşkilatın Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.

 

O qeyd edib ki, artıq Avropa Şurasının 46 üzvünün hamısı konvensiyanı imzalayıb.

 

"Azərbaycanın imzası ilə vurğulandığı kimi, dünyada ölüm cəzasının ləğvi tendensiyası mövcuddur və Avropa İttifaqı hələ də onu tətbiq edən bir neçə ölkədə ölüm hökmünün ləğvi üçün fəaliyyətini davam etdirəcək", - Stano bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı