Modern.az

Kuryerlərin mopedlərini oğurlayan şəxs saxlanıldı - VİDEO

Kuryerlərin mopedlərini oğurlayan şəxs saxlanıldı - VİDEO

Aktual

13 Mart 2023, 11:10

Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində moped oğurluğu ilə məşğul olan paytaxt ərazisində yaşayan Əli Abbasov saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Ə.Abbasov Qaraçuxur qəsəbəsində kuryer fəaliyyəti ilə məşğul olan şəxslərin istifadəsində olan mopedləri sutkanın qaranlıq saatlarında oğurlayaraq müxtəlif ünvanlara pul müqabilində satıb. Onun Bakı şəhərinin digər ərazilərində də analoji cinayətlər törətmələri istisna edilmir.

 

Ə.Abbasov barəsində 32-ci Polis Bölməsində toplanmış materiallar Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib araşdırmalar davam etdirilir.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı