Modern.az

Hacıqabulda soyqırımı qurbanları anılıb - FOTOLAR

Hacıqabulda soyqırımı qurbanları anılıb - FOTOLAR

Aktual

31 Mart 2023, 12:06

Hacıqabulda “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım mərasimi keçirilib.

 

1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törədib. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni vəhşiliyinin  qurbanı olub. Bakıda, Qubada, Qusarda, Şamaxıda, Hacıqabulda, Salyanda, Lənkəranda, Qarabağda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, demək olar ki, bütün Azərbaycan torpaqlarında azərbaycan xalqına qarşı soyqırımı törədilib, daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla  kütləvi qırğınlar həyata keçirilib.

 

Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli  soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. 

 

31 Mart soyqırımı ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Hacıqabul rayonunda da anım mərasimi keçirilmiş, Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanları əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri tərəfindən rayonun Şəhidlər xiyabanında ucaldılmış abidə kompleksi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsi dərin ehtiramla anılıb.

 

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı