Modern.az

Türkiyə lideri Putinə ZƏNG EDƏCƏK

Türkiyə lideri Putinə ZƏNG EDƏCƏK

Güncel

11 Sentyabr 2023, 10:17

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə yenidən Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacağı gözlənilir, amma hələlik konkret tarix məlum deyil.

Modern.az xəbər verir ki, bu barədə RA Novosti-yə Türkiyə liderinin administrasiyasındakı mənbə bildirib.


"Cənab Ərdoğan Putinlə Hindistanda keçirilmiş G20 sammitində Qərb liderləri ilə taxıl sazişi üzrə apardığı danışıqların nəticələrini müzakirə etmək niyyətindədir. Ona görə də yaxın vaxtlarda Türkiyə və Rusiya liderlərinin telefon danışığı aparacağı istisna edilmir. Amma hələlik konkret tarix yoxdur", - agentliyin mənbəsi qeyd edib.


Putin və Ərdoğan sentyabrın 4-də Soçidə görüşüblər. Bu, demək olar ki, bir illik fasilədən sonra onların ilk şəxsi görüşü oldu. Dövlət başçıları taxıl müqaviləsi ətrafında vəziyyəti və digər məsələləri müzakirə ediblər.


Putin qeyd edib ki, Moskva taxıl müqaviləsini canlandırmağa hazırdır, amma Qərb dövlətləri də öz vədlərini yerinə yetirməlidir.

Türkiyə liderinin administrasiyasındakı mənbə RİA Novosti-yə onu da bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Hindistanda keçirilən G20 sammiti çərçivəsində Qərb liderləri ilə taxıl sazişi üzrə danışıqları konstruktiv keçib. Lakin Qara dəniz taxıl təşəbbüsünün yenilənməsi üçün məsələləri konkretləşdirmək lazımdır.

Ərdoğan G20 liderlərini taxıl müqaviləsini bərpa etmək üçün Rusiyanın bəzi tələblərini yerinə yetirməyə çağırıb. Ərdoğan bunu liderlərlə qapalı görüşlərdə edib.

Taxıl sazişi iyulun 18-də dayandırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı