Modern.az

Türkiyədə azərbaycanəsilli hüquqşünas yüksək vəzifəyə TƏYİN EDİLDİ

Türkiyədə azərbaycanəsilli hüquqşünas yüksək vəzifəyə TƏYİN EDİLDİ

Aktual

Bu gün, 17:47

Türkiyədə azərbaycanəsilli hüquqşünas Özgür İnan Zor Ali Məhkəməyə prokuror təyin edilib.

Modern.az xəbər verir ki, əslən İğdır şəhərindən olan Özgür İnan Zorun təyinatı hüquq camiəsində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.

Bu təyinat onun doğulduğu İğdır şəhərində də həmyerlilərinin rəğbətilə qarşılanıb. İğdırlılar sosial mediadakı çoxsaylı paylaşımlarda Zoru təbrik ediblər.

Özgür İnan Zor uzun illərdir Türkiyə Cümhuriyyətinin Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O, hüquqşünas olaraq dövlət qulluğuna 2005-ci ildə İğdırda hakim namizədi olaraq başlayıb. 2007-ci ildən müvafiq olaraq Beyşehir, Kavak və Kemer bölgələrində hakim işləyib.

2013-2017-ci illər arasında Ədliyyə Nazirliyinin Kadrlar Baş İdarəsində müfəttiş hakim kimi çalışıb. Ardınca Məhkəmə Qeydləri və Statistikası Baş İdarəsində şöbə müdiri təyin edilib və orada qazandığı uğurlardan sonra rəis müavini vəzifəsinə yüksəlib.

Özgür İnan Zor rəhbərlik etdiyi İğdır Vəqfi vasitəsilə bu şəhərdən olan tələbələrə təhsil və təqaüd imkanlarına verdiyi dəstəklə də tanınır.

Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı