Modern.az

Əməkdar jurnalist vəfat etdi

Əməkdar jurnalist vəfat etdi

May God rest his soul

2 Aprel 2025, 07:47

Azərbaycanın əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.

 

Bildirilib ki, o bu gün uzun sürən xəstəlikdən sonra 73 yaşında yaşadığı mənzildə dünyasını dəyişib.

 

Qeyd edək ki, Valeh Məhərrəmli 1952-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1991-ci ildən “Səs” qəzetində tərcüməçi, müxbir, məsul katib və baş redaktorun müavini kimi məsul vəzifələrdə çalışıb.

 

“Tərəqqi” medalına və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı