Modern.az

"Rusiya beynəlxalq təhlükəsizliyin əsaslarını sarsıdır" - Blinken

جهان

13 Yanvar 2022, 22:00

"Rusiyanın tələblərinə baxmayaraq, NATO-nun qapıları bütün ölkələr, o cümlədən Ukrayna üçün açıq qalacaq".

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken MSNBC telekanalına müsahibəsində Rusiya, ABŞ və NATO arasında keçirilən danışıqları dəyərləndirən zaman bildirib.

 

O qeyd edib ki, Rusiya öz hərəkətləri ilə beynəlxalq təhlükəsizliyin əsaslarını sarsıdır və prezident Vladimir Putin bu hərəkətləri hadisələri sürətləndirmək üçün edir.

 

“Rusiya 2014-cü ildə Krımı ələ keçirmədən və Ukraynanın şərqini işğal etməzdən əvvəl, bəlkə də Ukrayna əhalisinin dörddə biri onun NATO-ya daxil olmasını dəstəkləyib. İndi 60%-ə yaxındır", - deyə Blinken bildirib.

 

Onun sözlərinə görə, Rusiya öz hərəkətləri ilə beynəlxalq münasibətlərin əsas prinsiplərini pozur, bu prinsiplərə görə bir xalq digərinə siyasi qərarlar diktə edə bilməz.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı