Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, rəsmi Moskvanın Ermənistan sakinlərinə münasibəti dost xarakter daşıyır, lakin Rusiya Ermənistanda baş verən prosesləri susqunluqla qarşılayıb keçə bilməz.
Modern.az xəbər verir ki, Volodin “Max” kanalında yazıb ki, Ermənistanın baş nazir Nikol Paşinyan siyasi baxımdan artıq bütün qərarları qəbul edib - Rusiya üçün dost olmayan və Rusiyanı zəiflətməyə çalışan ölkələrlə münasibətləri qurmağa üstünlük verir.
Volodinin sözlərinə görə, Paşinyanın Avrasiya İqtisadi İttifaqında qalmaq istəyi Avrasiya məkanından maliyyə məqsədləri üçün istifadə etməyə davam etmək cəhdidir və bu, artıq Ermənistanın ÜDM-nin 2,5 dəfə artmasına səbəb olub. O qeyd edib ki, Rusiya Ermənistana qazı demək olar ki, 4 dəfə ucuz qiymətə satır (Ermənistan üçün qiymət 177,5 dollar/1000 kub metr, Avropada isə 633 dollar/1000 kub metr).
Daha sonra o bildirib: “Bunun qarşılığında nə alırıq - Paşinyanın xəyanəti və qeyri-etik davranışı.”