Modern.az

32 yaşlı piyadanı avtomobil vurdu

32 yaşlı piyadanı avtomobil vurdu

Olay

1 Mart 2020, 10:04

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

 

Avtomobil yolu keçən 1988-ci il təvəllüdlü Məmmədov Orxan Rəhman oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona sol baldır sümüklərinin sınığı diaqnozu qoyulub.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı