Modern.az

“Qarabağ” üç futbolçusu ilə vidalaşdı

“Qarabağ” üç futbolçusu ilə vidalaşdı

İdman

Bu gün, 17:40

Qarabağ FK üç futbolçusu - Emmanuel Addai, Ramil Şeydayev və Sami Mmae ilə yollarını ayırıb.

Modern.az xəbər verir ki, bu barədə Ağdam klubunun sosial şəbəkə hesabında paylaşım edilib.

Klubdan bildirilib ki, müqavilə müddəti başa çatan Emmanuel Addai və Ramil Şeydayevlə əməkdaşlığa son qoyulub. Ötən mövsümü “Qarabağ”da icarə əsasında keçirən müdafiəçi Sami Mmae isə müqavilə ilə məxsus olduğu komandaya geri dönüb.

Ağdam təmsilçisi futbolçulara komandadakı fəaliyyətləri dövründə göstərdikləri peşəkarlığa və əldə olunan uğurlara verdikləri töhfəyə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı