Modern.az

"Dedovşina"lıq...

"Dedovşina"lıq...

Ölkə

31 İyul 2010, 21:24

Bir çox hallarda deyirlər ki, bütün olanlara baxmayaraq əsgərlik kişilik məktəbidir və burada hər bir çətinliyə sinə gərmək gərəkir. Sözsüz ki, “əsgərliyin çətinlikləri” deyiləndə “dedovşina”lıq nəzərdə tutulmur.

«Dedovşina» orduda nizamnamədənkənar davranışları özündə ehtiva edən termindi. Xarici kütləvi informasiya mənbələrində ordu ilə bağlı çıxan çoxsaylı materialları araşdırandan sonra belə qənaətə gəlmək olur ki, dünyanın əksər ölkələrinin silahlı qüvvələrində “dedovşina” var, amma fərqli və müxtəlif formalarda… 

”Serjantlar bizi bir gün ac saxladılar. Axşam da məcbur elədilər ki, üstünə diş pastası yaxılmış çörəyi yeyək. Onlar soruşanda ki, vəziyyət necədir, mütləq cavab verməliydik ki, yaxşıdır. Yeməsəydik, ya da pisdir desəydik, kəmərlə döyüləcəkdik..”. ”Bəzi gecələr yatmazdan qabaq bizi alt paltarında dizi üstə iməklədir, qoyun kimi mələməyə, it kimi hürməyə, donuz kimi fısıldamağa məcbur edirdilər. Bəzən özləri seçib qabağa çıxardıqları iki əsgəri bir-biri ilə dalaşdıran serjantlar təşkil etdikləri mənzərədən həzz alaraq kənarda dayanıb gülüşürdülər. Biz evdən çox uzaqlarda xidmət etdiyimiz hərbi hissədən qaçmağa qorxurduq, dözməkdən başqa çarəmiz yox idi”. ”Bizim rotada əsgərliyə təzə gələnlərin elə həmin gecə “dembellər” tərəfindən “ağıllandırmaq” qaydası vardı. Onları yatandan sonra bir-bir yuxudan oyadır, tualetə, ya da bayıra aparılıb ağıllarına gələn tələbi icra etməyə məcbur edirdilər. Həmin tələbləri yerinə yetirməyənləri lağa qoyur, təhqir edir, ələ salır, alçaldır, bəzən zorlamaqdan belə çəkinmirdilər”. Bunlar erməni ordusunda qulluq etmiş əsgərlərin hərbi xidmətdən sonra “dedovşina” barədə hüquq müdafiəçilərinə danışdıqları faktlardır. Ermənistan mətbuatının yazdığına görə, orduda “dedovşina” daha çox Azərbaycanın Qarabağ bölgəsində yerləşən hərbi hissələrdə mövcuddur. “Dedovşina”ya bəraət qazandıran bəzi erməni hərbçilər isə iddia edirlər ki, guya müharibə zonasındakı hərbi hissələrdə belə halların olması təbiidir. Erməni mətbuatında dərc edilən faktlar göstərir ki, Ermənistаn ordusundа nizamnamədənkənar davranış halları geniş yayılıb, amma Müdafiə Nazirliyi hər vəchlə onları gizlətməyə çalışır. Ötən həftə Azərbaycanın işğal olunmuş Xocavənd rayonu ərazisindəki Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi hissədə bir əsgərin 5 hərbçini öldürüb, özünün də intihаr etməsi hadisəsi qonşu ölkədə ordu ilə bağlı narazılıqları daha da artırıb.

Ermənistаnın Müdаfiə Nаzirliyi hаmıyа məlum olаn хəbəri rəsmən təsdiqləməyə məcbur olandan sonra erməni ictimaiyyətinin Silahlı Qüvvələrin rəhbərliyinə təpkisi artıb. Ermənistanda müdafiə nazirindən istefa vermək tələb olunur.

Xatırladaq ki, zabit və serjantların təhqiramiz hərəkətlərinə, onu aşağılamalarına dözə bilməyən əsgər Kаro Аyvаzyаn həmin 5 hərbçini qətlə yetirib, sonra da qorxusundan özünü öldürüb. Ermənistanlı hüquq müdаfiəçisi Аrtur Sаkunts deyir ki, bu fаciəli hаdisə hərbi hissələrdə zаbitlərin nizamnamədənkənar davrаnışı, vəhşiliklərinin nəticəsidir.

Ermənistan Əsgər Anaları Komitəsi də bəyan edib ki, orduuda vəhşilik halları tək-tük deyil, kütləvi xarakter daşıyır. Son illər komitəyə yüzlərlə şikayət məktubu daxil olub. Həmin məktublarda əsgər anaları orduya yolladıqları övladlarının başına açılan oyunlardan hiddətləndiklərini bildirir və onların haqq səsini rəsmi orqanlara çatdırmağı istəyirlər. Ermənistanın müxalifət mətbuatının apardığı araşdırmalar göstərib ki, orduda intihar halları, rüşvətxorluq da artıb. Zabit və serjant heyəti tərəfindən şəxsiyyətin alçaldılması, təhqir etmə, söyülmə, zorlanma, döyülmə, valideynlərdən pul istəməyə məcbur edilmə hallarına dözə bilməyə bir çox zəif iradəli əsgərlər çıxış yolunu intihar etməkdə görürlər. 2009-cu il ərzində Ermənistan ordusunda ümumilikdə 57 nəfər qeyri-döyüş şəraitində ölüb, onlardan 20 nəfəri intihar edən hərbçilərdir. Ümumiyyətlə ötən il erməni ordusunda intihar və intihara cəhd etmə hadisələri ilə bağlı 71 fakt qeydə alınıb. 2009-cu il ərzində Ermənistan hərbi birləşmələrindən 57 hərbi qulluqçu fərarilik edib. Onlar sonradan fərarilik etmələrinin səbəbini ordudakı “dedovşina” ilə əlaqələndirblər. Erməni mətbuatında yazılanlara görə,bir çox hərbi hissələrdə komandirlər rüşvətxorluğa öyrəşiblər. Həmin komandirlər hərbi hissələrdə əsgər və serjantlardan müəyyən məbləğdə rüşvət almaqla onları qanunsuz olaraq hərbi hissədən kənara, o cümlədən məzuniyyətə  buraxırlar. Bundan başqa, əsgərlər komandirlərinə 500-1000 ABŞ dolları verərək bir ay müddətinə evlərində qala bilirlər. Erməni mətbuatı iddia edir ki, bəzi komandirlər hərbi hissəyə oğlanlarını görməyə gələn anaları övladlarının taleyi ilə ilə qorxudur, həmin qadınları zorlamaqdan çəkinmirlər.

Bir sıra hərbi hissələrdə zabit və gizirlər tərəfindən şəxsi heyətə ayrılan ərzaq məhsullarının mənimsənildiyi bildirlir. Pis qidalanma və antisanitariya şəraiti bir sıra hərbi hissələrdə əsgərlərin malyariya, sarılıq, pnevmaniya, vərəm, qarın yatalağı, dizenteriya, dəri-zöhrəvi xəstəliklərlərə yoluxmasına səbəb olub. Bu vəziyyətin xüsusilə işğalçı ordunun Qarabağ ərazisində yerləşən hərbi hissələrində kütləvi hal aldığına dair məlumatlar var.

Təkcə 2009-cu ildə Ermənistan ordusunda nizamnamədənkənar hallarla bağlı 2240 fakt qeydə alınıb. Ermənistan ordusunda qeyri-döyüş itkilərinin, rüşvətin, əxlaqsız hərəkətlərin, “dedovşina”lığın artması ictimaiyyətini çox ciddi narahat edir. Amma hakimiyyət ictimaiyyərin narazılığına hələki əhəmiyyət vermir. Əhəmiyyət verilmədikcə isə nizamnamədənkənar münasibətlər orduda getdikcə intiharlara, fərarilik hallarının artmasına səbəb olur. Adəm Qorxmaz

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı