Modern.az

Köçkün ailələrində doğulan uşaqlar neçə yaşında status alırlar?

Köçkün ailələrində doğulan uşaqlar neçə yaşında status alırlar?

Ölkə

3 Avqust 2010, 13:41

Bəzi məcburi köçkün ailələri bildirirlər ki, onların yeni doğulan və məktəb yaşlı uşaqlarına köçkünlük statusu verilməsi üçün müvafiq qurumlara ünvanladıqları müraciətə cavab verilmir.
Modern.az saytı məsələ ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

“Dövlətqaçqınkom”un status şöbəsindən saytımıza bildiriblər ki, Ermənistan Respublikasından deportasiya edilən ailələr hazırda heç bir güzəştə malik deyillər: “1988-ci ildə Ermənistandan deportasiya edilənlər 2001-ci ilədək Azərbaycanda qaçqın statusunda olublar. Ölkə başçısının 26 dekabr 2001-ci tarixli fərmanı ilə onlara verilən status dayandırılıb. Məcburi köçkün ailələrində doğulan uşaqlar isə yalnız 16 yaşında şəxsiyyət vəsiqəsi əldə etdikdən sonra məcburki köçkün statusu verilir”.

Vüqar Ağamalıoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı