Modern.az

Mədəsiz yaşayan bacılar

Mədəsiz yaşayan bacılar

Ölkə

5 Avqust 2010, 10:29

İngiltərədə iki bacı - Ravindra və Meeta Sinqx mədəsiz yaşayır. Modern.az-ın xarici mətbuata istinadla xəbər verir ki, hind əsilli bacıların ailəsində 5 nəfər mədə xərçəngindən vəfat edib. Bu səbəbdən də bacılar yaşamaq xatirinə öz mədələrini cərrahi yolla aldırıblar.

Ravindra mədə xərçəngindən əziyyət çəkdiyini və buna görə də mədəsinin çıxarılmasına razılıq verdiyini deyib. Digər bacı Meeta isə sadəcə qabaqlayıcı tədbir kimi mədəsini aldırıb.

Tez-tez yorğunluq keçirdiyini və başının döndüyünü deyən Ravindra əməliyyatdan sonra ilk aylara nisbətən özünü yaxşı hiss etdiyini bildirib. O mədəsiz yaşamanın bəzi çətinliklərinin olduğunu qəbul edir. Əməliyyatdan sonra bacılar 20 kilo itiriblər.

Meetanın mədəsini kəsən doktor Simon Dexter belə bir əməliyyatın çox çətin olduğunu və insanın mədəsiz də yaşaya biləcəyini deyir. 
“Bağırsaqlar yuxarıdan aşağı enən boru kimidir. Mədə isə bu borunun ortasında şişkin formadadır. Mədəni götürdükdə oradakı boşluğu doldururuq. Mədənin əsas işi qida ehtiyatı və həzmdir. Sonrası barədə düşünməməyiniz üçün böyük miqdarda yemək yeyə bilmənizi dəstəkləyir. Ancaq mədəniz yoxsa, siz çox kiçik miqdarda qida ilə keçinə bilərsiniz”.

Həkim qeyd edir ki, mədədəki turşular qidaların sterilizasiyasına yardımçı olur. Ancaq  günümüzdə bu, o qədər də önəmli deyil. Çünki heç kim yerdən götürdüyü şeyi yemir. Orqanizminizi xaricdən gərəkli minerellarla təmin etdiyiniz müddətdə mədəsiz yaşamağınız  üçün heç bir problem olmayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı