Modern.az

Bu gün Dövlət Bayrağı Meydanının açılışı gözlənilir

Bu gün Dövlət Bayrağı Meydanının açılışı gözlənilir

Ölkə

1 Sentyabr 2010, 14:53

Bu gün Dövlət Bayrağı Meydanının rəsmi açılış mərasimi olacaq. Modern.az-ın məlumatına görə, tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı gözlənilir.

2007-ci il noyabrın 17-də Bakıda dövlət bayrağı meydanının yaradılması haqqında sərəncam verilib. Həmin il dekabrın 30-da Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında meydanın təməli qoyulub. 20 min kvadratmetr ərazisi olan meydanda ucaldılan dövlət bayrağının dayağının hündürlüyü 162 metr, bayrağın özünün eni 35 metr, uzunluğu 70 metr olmaqla sahəsi 2450 kvadratmetrdir. Dövlət bayrağının çəkisi 350 kiloqramdır. Qeyd edək ki, Dövlət Bayrağı Meydanının inşasına 20 milyon manat vəsait xərclənib. Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı