Modern.az

Ermənistan itkilərini etiraf etdi: 1 ölü, 2 yaralı

Ermənistan itkilərini etiraf etdi: 1 ölü, 2 yaralı

Qarabağ

8 Yanvar 2018, 16:27

Ermənistan ordusu ötən gün verdiyi itkilərin sayını açıqlayıb.

 

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, cəbhənin şimal-şərq istiqamətində baş verən atışma zamanı Vaçe Çilingəryan ölüb, baş leytenant E.Musinyan və müddətdən artıq xidmət edən (MAXE) hərbçi - sürücü D.Vanyan isə yaralanıblar.

 

Onların vəziyyətinin stabil olduğu bildirilir. Ermənistan ordusunun Baş qərargah rəisi Movses Akopyan da cəbhədə itki verilməsini təsdiqləyib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı