Modern.az

Havalar kəskin dəyişəcək

Havalar kəskin dəyişəcək

Təhsil

15 Noyabr 2013, 01:20

Günün ikinci yarısından başlayaraq Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 15-də Bakı və Abşeron yarımadasında havanın buludlu olacağı gözlənilir, axşama doğru bəzi yerlərdə yağış yağacaq. Gündüz saatlarından başlayaraq axşama doğru şimal-qərb küləyi güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 9-12, günün birinci yarısında 18 dərəcə, axşama doğru 10-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 15-də hava, əsasən, yağmursuz, gecə və bəzi yerlərdə duman, çiskin olacaq, lakin axşama doğru bəzi yerlərdə yağış yağacaq. Qərb küləyi gündüz güclənəcək.

Aran rayonlarında noyabrın 15-də havanın temperaturu gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı