Yerevanda səfərdə olan ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb.
Modern.az saytı erməni KİV-nə istnadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının perspektivi əsas müzakirə mövzusu olub.
Bununla yanaşı, Azərbaycan və Ermənistan prezidentlərinin Uels görüşünün perspektivi barədə də söz açılıb.Modern.az