Modern.az

Elmar Məmmədyarov Avropa Şurasının baş katibi ilə görüşdü

Elmar Məmmədyarov Avropa Şurasının baş katibi ilə görüşdü

Təhsil

2 Oktyabr 2014, 15:14


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının baş katibi Torbyor Yaqland ilə görüşüb. XİN mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüş ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrıiyi ilə əlaqədar nazir Elmar Məmmədyarovun Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında iştirakı çərçivəsində baş tutub. 

Görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində davam edən danışıqlar, Azərbaycanla Avropa Şurası arasında  qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Azərbaycanla Avropa Şurası arasında 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı